Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,4 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 7,1% azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 11,54 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 10,29 mlrd. kubmetr təşkil edib. İllik müqayisədə əmtəəlik neft hasilatı 6,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,3% artıb.
Qeyd edilir ki, hesabat dövründə respublikada 11,56 mln. tona yaxın neft (-7,2%) və 613,77 mlrd. kubmetr qaz (+2,7%) hasil edilib.