• 28 Sentyabr 2022
logo
Zaqatalda qızılgül yığımına başanılıb

Zaqatalda qızılgül yığımına başanılıb

Zaqatalda qızılgül yığımına start verilib.

Texnoloq Təbriz Abdullayev bildirib ki, may ayının əvvəlindən bu günə kimi 145 ton gül ləçəkləri yığılıb:

“Mövsümi iş göstərir ki, yığımın sonuna kimi 550 ton gül ləçəkləri əldə etmək mümkün olacaq. Bu qədər güldən isə 170-180 litr yağ əldə olunacaq. Bu yağlar daha çox ətriyyat, farmakologiya sahəsində istifadə olunur”.

Zaqatala rayonu ərazisində gül istehsalına ötən əsrin 60-cı illərində başlanılıb. Son 5 il ərzində isə gül istehsalı daha da inkişaf etdirilməkdədir.