• 1 İyul 2025
logo
Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları azalıb

Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6,2% və 30,2% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 62,4 mln. ton yük daşınıb.
Məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 355,8 mln. sərnişinə xidmət göstəriblər.