• 28 Noyabr 2021
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,78% – 34,060.66 bəndədək, S&P 500 indeksi 0,85% – 4,127.83 bəndədək, Nasdaq indeksi isə 0,56% – 13,303.64 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 18-də FTSE 100 indeksi 0,02% – 7,034.24 bəndədək yüksəlib, Almaniyanın DAX indeksi 0,07% – 15,386.58 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,21% – 6,353.67 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 868,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1,2230 dollar təşkil edib.