• 26 Aprel 2024
logo
Azərbaycanda istehsal olunan pivə üçün yeni ixrac imkanları əldə olunacaq

Azərbaycanda istehsal olunan pivə üçün yeni ixrac imkanları əldə olunacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi ilə “Carlsberg” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, məqsəd Azərbaycandakı aparıcı beynəlxalq investorlardan biri tərəfindən tamamilə yerli istehsal dövriyyəsinə nail olmaq, daxili podratçıların cəlb olunmasını təmin etmək və ölkədə istehsal olunan pivə üçün yeni ixrac imkanları əldə etməkdir.