• 6 Oktyabr 2022
logo
Azərbaycan meyvə-tərəvəz ixracını 14%-dən çox artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 14%-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 131 543,29 min ABŞ dolları dəyərində 119 961,42 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 1,6% azalıb.
Qeyd edək ki, bu ilin ilk dörd ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma, xurma və nar təşkil edib.

Hesabat dövründə 42 271,35 min dollar dəyərində 36 674,22 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 42,4% və 37,8% azdır.

Cari ilin yanvar-aprel ayları ərzində 35 335,02 min dollar dəyərində (18,4% azalma) 5 795,88 ton (azalma 17,8%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 8 729,67 min dollar dəyərində 20 855,61 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 4,5%, həcm olaraq isə 5,7% artım müşahidə olunub.

Bu ilin yanvar-aprel aylarında ölkədən 31 865,68 min dollar dəyərində (2,2 dəfə artım) 42 342,91 ton (2,3 dəfə çox) xurma ixrac olunub.

İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar məhsulu da daxil edilib ki, bu kateqoriya üzrə ilin ilk dörd ayında 2 984,25 min dollar dəyərində 1 909,41 ton məhsul ixrac olunub. İlin əvvəlindən bu kateqoriya məhsul üzrə ixrac dəyər ifadəsində 3 dəfəlik, həcm ifadəsində isə 2,5 dəfəlik artım qeydə alınıb.