• 5 İyul 2025
logo
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri

Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri

Bakıda sərnişindaşımada fəaliyyət göstərən marşrut xətlərindəki avtobusların 50 faizi yenilənib.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir. Yenilənən avtobusların 74 faizi daha ekoloji təmiz olan sıxılmış qazla işləyir.