• 28 Noyabr 2021
logo
Naxçıvan Muxtar Respublikasının ÜDM-in həcmi 0,7% artıb

Naxçıvan Muxtar Respublikasının ÜDM-in həcmi 0,7% artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 0,7% artaraq 758 840,8 min manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk dörd ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% artaraq 1 643,2 manat təşkil edib.
Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-aprel aylarında sənaye üzrə 344 811,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1,1% üstələyir.