• 10 Oktyabr 2024
logo
Azərbaycanda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

Azərbaycanda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

Bakı Fond Birjasında (BFB) 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11,007,995,721 manat təşkil edib. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 10,850,724,897 olub.
BFB-dən bildirilib ki, nəticə olaraq, 2019-cu ilin ilk 9 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 9 ayına nəzərən 1.45% artım qeydə alınıb. 2019-cu ilin sentyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,380,096,669 manat təşkil edib.
Ümumilikdə Birjanın kapitalizasiyası keçən aya nisbətən 0.19% artıb.