• 14 Oktyabr 2019
logo
add image
Azərbaycanın turizm brendinin tanıtım çarxı beynəlxalq səsvermədə ikinci pilləyə yüksəlib

Azərbaycanın turizm brendinin tanıtım çarxı beynəlxalq səsvermədə ikinci pilləyə yüksəlib

Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Azərbaycanın ilk pillədə yer alması, beləliklə, ölkəmizin turizm potensialının təbliği və daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu hər kəsdən dəstək gözləyir:
"Oktyabrın 25-dək davam edəcək müsabiqədə Azərbaycanı birinci etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz. “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək".
Qeyd edək ki, 140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparır.