Anar Nəcəfov: “Layihələndirilən yolun uzunluрu 101 kilometrdir”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) təşkilatçılığı ilə Füzulidə “Zəfər yolu”nun tikintisi işlərilə yerində tanış olduq. Qeyd edək ki, bu istiqamətdə ciddi və sürətli iş aparılır. Ərazidə çoxsaylı traktorlar və yük maşınları fəaliyyət göstərir. Yüksək standartlara uyğun tikilən “Zəfər yolu”nun gözəl təbiətə malik Füzuli və ümumilikdə Qarabağ bölgəsinin mənzərəsini daha da gözəlləşdirəcəyi şübhəsizdir. “Zəfər yolu”, eyni zamanda, bölgənin iqtisadi inkişafı deməkdir. Bir qrup jurnalistlə birlikdə aparılan işlərlə tanış olduqdan sonra AAYDA-nın mətbuat katibi Anar Nəcəfli jurnalistlərə geniş məlumat verdi.
A.Nəcəfli bildirdi ki, “Zəfər yolu”nun inюasэ sьrətlə davam etdirilir. Onun sцzlərinə gцrə, Юuюanэn dьюməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dцvlətimizin baюзэsэnэn tapюэrэq və sərəncamэna əsasən, Azərbaycan Avtomobil Yollarэ Dцvlət Agentliyi tərəfindən geniєləndirilərək inюasэ davam etdirilir.
A.Nəcəfli əlavə etdi ki, ötən il noyabr ayının 16-da, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi: “Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu. “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.
Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir”.
AAYDA rəsmisinin sözlərinə görə, hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur: “Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 136 dairəvi boru və 14 düzbucaqlı su keçidləri, bundan başqa müxtəlif ölçülü 10 yeraltı