• 1 Dekabr 2023
logo
Jurnalistlər Hadrutun su təchizatı məqsədilə görülən işlərin gedişi ilə tanış olublar

Jurnalistlər Hadrutun su təchizatı məqsədilə görülən işlərin gedişi ilə tanış olublar

Mətbuat nümayəndələrinin işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri davam edir.

APA-nın əməkdaşı xəbər verir ki, jurnalistlər mərmi partlaması nəticəsində sıradan çıxmış su xəttinin təmiri işlərinin gedişi ilə tanış olublar.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Hadrut qəsəbəsinə 1 saat ərzində 60 kub/metr su verilir.

Media nümayəndələrinə Hadrutun su təchizatı ilə bağlı nəzərdə tutulan işlər barədə də ətraflı məlumat verilib.