• 14 Oktyabr 2019
logo
add image
Ölkədə payızlıq əkin sahələrinin 77,3 faizində şum başa çatdı

Ölkədə payızlıq əkin sahələrinin 77,3 faizində şum başa çatdı

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1 096 294 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 7-dək 847 586 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 438 766 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 77,3 faizi şumlanıb.

Artıq Ağcabədi, Ağstafa, Füzuli, Qobustan, Oğuz, Salyan və Yevlax rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, İmişli (94,3%), Astara (93,9%), Xocavənd (93,5%), Şəmkir (91,8%), Qəbələ (91,5%) və Sabirabad (90,6%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.