• 15 Sentyabr 2024
logo
Bakının ticarət dövriyyəsi yanvar-martda cüzi artıb

Bakının ticarət dövriyyəsi yanvar-martda cüzi artıb

Bu ilin yanvar-mart aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 5 366,7 mln. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artaraq 2749,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8% azalaraq 2617,0 mln. manata bərabər olub.

İstehlak məhsullarının 35,2%-i hüquqi şəxs statuslu müəssisələrdə, 48%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8%-i isə paytaxtın məhsul bazarlarında satılıb.