• 6 Oktyabr 2022
logo
Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına lisenziya tələb olunmayacaq

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına lisenziya tələb olunmayacaq

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılır.

APA-nın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən, yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi (20-ci maddə) sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında yer alıb. Digər tərəfdən, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nda yer alıb. Bununla əlaqədar “Lisenziyalar və icazələr haqqında” qanundan dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasının lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılması təklif olunur.