• 1 Aprel 2023
logo
Türkiyə 1 milyard dollara yaxın müdafiə sənayesi məhsulu ixrac edib

Türkiyə 1 milyard dollara yaxın müdafiə sənayesi məhsulu ixrac edib

2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz artaraq 949,744 milyon dollara bərabər olub.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyə 302,549 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin apreli ilə müqayisədə 88,3 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2020 – aprel 2021) Türkiyə 2,585 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.