• 6 Dekabr 2021
logo
"Fitch": Azərbaycan iqtisadiyyatı bu il 2,5% böyüyəcək

"Fitch": Azərbaycan iqtisadiyyatı bu il 2,5% böyüyəcək

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in verdiyi məlumata görə, hazırda agentlik Azərbaycanda 2021-ci ildə real ÜDM-in artım tempinin 2,5% səviyyəsində olacağını gözləyir. "Fitch"in ötən ilin noyabr ayının proqnozu isə 2,7%-ə bərabər idi.

Qeyd edək ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.