• 4 Dekabr 2024
logo
BP SOCAR-a verilən səmt qazının həcmini artırıb

BP SOCAR-a verilən səmt qazının həcmini artırıb

2021-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan SOCAR-a verilən səmt qazının həcmi gündə orta hesabla 11,6 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr təşkil edib.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci rübündə bu göstərici 7,9 milyon kubmetrə bərabər olub.

Hesabatda qeyd olunur ki, səmt qazı əsasən Səngəçal terminalında və Neft Daşlarındakı qurğu vasitəsilə verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

(Tərcümə: Orxan Nəbiyev)