• 16 İyul 2019
logo
add image
Azərbaycanda orqanik gübrələrin istehsalı genişləndiriləcək

Azərbaycanda orqanik gübrələrin istehsalı genişləndiriləcək

Azərbaycanda orqanik gübrələrin istehsalını genişləndirmək planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Bakıda keçirilən “Organic Food” festivalı çərçivəsində deyib.
O qeyd edib ki, hazırda ölkədə orqanik gübrələrin istehsal olunması başlayıb, lakin bu, daxili bazarda, xüsusilə də kənd təsərrüfatında istifadə üçün kifayət deyil:
“Biz orqanik məhsulun bu növünün istehsal coğrafiyasını genişləndirməyi planlaşdırırıq. Bu prosesə bir neçə regionda başlamaq nəzərdə tutulur. Fermer təsərrüfatlarının orqanik gübrələrə böyük tələbatını nəzərə alsaq, istehsalı məhz regionlarda təşkil etmək məqsədəuyğun olar”.