Bu ilin yanvar-mart aylarında "Azexport" portalına 131,2 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% azalıb.
Cari ilin mart ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 42 mln. dollar təşkil edib ki, bu da fevral ayının göstəricisindən 18,3% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 mart tarixinədək (51 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,32 mlrd. dolları üstələyib.