• 7 Dekabr 2021
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,48% – 33,820.38 bəndədək, S&P 500 indeksi 0,08% – 4,183.18 bəndədək, Nasdaq indeksi isə 0,28% – 14,051.03 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 28-də FTSE 100 indeksi 0,27% – 6,963.67 bəndədək, Almaniyanın DAX indeksi 0,28% – 15,292.18 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,53% – 6,306.98 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,53% artaraq 1 785,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,1% artaraq 1,2131 dollar təşkil edib.