• 18 May 2025
logo
Bakıda ilin əvvəlində orta aylıq əməkhaqqı 900 manat olub

Bakıda ilin əvvəlində orta aylıq əməkhaqqı 900 manat olub

Bu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 6% azalaraq 901 manat təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar ayında paytaxt üzrə əməkhaqqı göstərici 957,5 manata bərabər olub.