Aprelin 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 33,984.93 bəndədək yüksəlib, S&P 500 indeksi 0,02% – 4,186.72 bəndədək, Nasdaq indeksi isə 0,34% – 14,090.22 bəndədək enib.
Avropa fond bazarlarında aprelin 27-də FTSE 100 indeksi 0,26% – 6,944.97 bəndədək, Almaniyanın DAX indeksi 0,31% – 15,249.27 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,03% – 6,273.76 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% azalaraq 1 772,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% azalaraq 1,2074 dollar təşkil edib.