• 15 May 2025
logo
AİB gələn il Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır

AİB gələn il Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda istehlak qiymətlərinin artımının 3,5% təşkil edəcəyi gözlənilir. Halbuki bundan öncə bankın gözləntiləri 3,2% səviyyəsində idi.

"APA-Economics"in AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatına istinadən verdiyi məlumata görə, sözügedən artım dizel və benzin qiymətlərinin müvafiq olaraq 33% və 10% artmasını əks etdirəcək. 2022-ci ildə gözlənilən ərzaq qiymətlərinin azalması isə gələn il inflyasiyanı 3%-dək yavaşladacağı proqnozlaşdırılır.

Bankın hesabatında həmçinin qeyd edilir ki, ölkədə kommunal tariflərin artacağı təqdirdə inflyasiyanın səviyyəsi proqnozlaşdırılandan da yuxarı ola bilər. Lakin manatın idarə olunan məzənnəsi idxal qiymətlərinin inflyasiyaya təsirini məhdudlaşdıracaq.