• 22 May 2025
logo
ABŞ-ın kommersiya neft ehtiyatlarının artması davam edir - RƏSMİ

ABŞ-ın kommersiya neft ehtiyatlarının artması davam edir - RƏSMİ

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 4 319 min barel artaraq 497 336 min barel təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 375 min barel artacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.