• 7 Dekabr 2021
logo
Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Aprelin 29-da Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

Trend bu barədə Pakistanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, tədbir videokonfrans formatında Pakistan tərəfi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

Biznes forumda hər iki ölkənin əczaçılıq, tibb, kənd təsərrüfatı, eləcə də yüngül sənaye sahələrində işləyən şirkətlərin nümayəndələri iştirak edəcək.