• 28 Noyabr 2021
logo
Azərbaycanda kənd təsərrüfatı sektorunun kreditləşməsi cüzi artıb

Azərbaycanda kənd təsərrüfatı sektorunun kreditləşməsi cüzi artıb

Bu ilin aprelin 1-nə Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşların həcmi ötən ilin eyni ayı ilə müqayisədə 8,2% artaraq 570,9 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 0,2%, ilin əvvəlindən isə sözügedən sektorun kreditləşməsi 0,8% artıb.

Qeyd edək ki, aprelin 1-nə kənd təsərrüfatı sektoruna qoyulan kreditlərin real sektora kredit qoyuluşunda xüsusi çəkisi 3,9% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.