Azərbaycanda ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün infrastrukturun yaradılması istiqamətində təkliflər hazırlanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, sənəd baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
Bildirilib ki, qeyd olunan təkliflər Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb.