• 3 Dekabr 2021
logo
"OPEC+" monitorinq komitəsinin iclasının vaxtını dəyişib

"OPEC+" monitorinq komitəsinin iclasının vaxtını dəyişib

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) alyansı çərşənbə axşamı nazirlərin monitorinq komitəsinin iclasını keçirəcək. Daha əvvəl iclasın çərşənbə günü keçiriləcəyi gözlənilirdi.

Bu barədə RİA "Novosti" mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, görüş onlayn formatda Bakı vaxtı ilə saat 16:00 keçiriləcək.
Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.