• 7 Dekabr 2021
logo
Azərbaycanda bu il 6,5 mlrd. manatlıq neft-qaz hasil edilib

Azərbaycanda bu il 6,5 mlrd. manatlıq neft-qaz hasil edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6 436 459,4 min manat dəyərində neft və təbii qaz hasil edilib, bu da illik müqayisədə 6,7% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə ölkədə 6 032 023,9 min manat dəyərində neft və qaz hasil edilib.

Qeyd edək ki, 2020-ci ildə bu göstərici 19 275 157,4 min manat təşkil edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 34,1% azdır.