Bu ilin yanvar-mart aylarında Azərbaycanın Belarus Respublikası ilə apardığı ticarət mübadiləsinin həcmi 105,552 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin I rübündə Azərbaycandan Belarusa ixracın həcmi 79,130 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 dəfə çoxdur. İdxalın həcmi isə 26,422 mln. dollara bərabər olub, bu göstərici illik müqayisədə 7,6% azalıb.
Nəticədə, 2021-ci ilin I rübündə 52,708 mln. dollarlıq müsbət saldo yaranıb. Halbuki ötən ilin analoji dövründə 23,394 mln. dollarlıq mənfi saldo qeydə alınmışdı.