• 29 Mart 2024
logo
Naxçıvanda sənaye istehsalı 1% artıb

Naxçıvanda sənaye istehsalı 1% artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 257,3 mln. manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1% üstələyib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulu istehsalının 92,7%-i malların, 7,3%-i isə xidmətlərin payına düşüb.

İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9% təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

2021-ci ilin ilk rübündə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 41 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilib.