• 28 Mart 2024
logo
Azərbaycanda I rübdə istehlak və biznes kreditləri cüzi artıb

Azərbaycanda I rübdə istehlak və biznes kreditləri cüzi artıb

Bu ilin aprel ayının 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi illik 5,8% azalaraq 14 352,4 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, portfelin əsas hissəsinin (59,7%) təşkil edən biznes kreditlərin həcmi ilin əvvəlindən 1% artaraq 8 565,20 mln. manat təşkil edib. Ümumi portfelin 25,6%-ni təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 0,5% artaraq 3 680,40 mln. manata yüksəlib.

İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,7% təşkil edir və ilin əvvəlindən 4,4% artaraq 2 106,8 mln. manata çatıb.