Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,4 mln. ton neft emal edilib.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 93 min ton və ya 6,2% az olub.
Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.