• 19 Aprel 2024
logo
Azərbaycan yanvar-martda neft ixracını 4% azaldıb

Azərbaycan yanvar-martda neft ixracını 4% azaldıb

Bu ilin I rübündə Azərbaycan təxminən 7,3 mln. ton neft (kondensatla birlikdə) ixrac edib.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, bunun 6,9 mln. tonu konsorsium (“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsi üzrə), 370 min tonu isə SOCAR-ın payına düşüb.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən təxminən 320 min ton, yəni 4% azdır.