• 9 Dekabr 2024
logo
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2% artıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 585,216 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2% artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 135,331 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,5% azdır. İdxal isə 449,885 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 3,7% çoxdur.

Nəticədə, 2021-ci ilin I rübündə 314,554 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 7,2% artıb.