• 29 Mart 2024
logo
Azərbaycanın Türkiyəyə ixracı iki dəfədən çox artıb

Azərbaycanın Türkiyəyə ixracı iki dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1,118 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin I rübündə Azərbaycandan Türkiyəyə ixracın həcmi 739,386 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. İdxalın həcmi isə 378,886 mln. dollara bərabər olub, bu göstərici illik müqayisədə 2,8% azalıb.

Nəticədə, 2021-ci ilin I rübündə 360,5 mln. dollarlıq müsbət saldo yaranıb. Halbuki ötən ilin analoji dövründə 39,198 mln. dollarlıq mənfi saldo yaranmışdı.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. dollar təşkil edib. Bu, 2019-cu illə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.