• 8 Dekabr 2024
logo
Dövlət Vergi Xidmətində yeni təyinat

Dövlət Vergi Xidmətində yeni təyinat

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub.
Baymedia.az-ın əldə etdiyi məlumata görə, Ülkər Kazımova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi təyin edilib.

Ülkər Kazımova Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr təhsili alıb, Florida Universitetində isə beynəlxalq vergi üzrə magistr dərəcəsinə yiyələnib.

O, professional karyerasına Vergilər Nazirliyində vergi müfəttişi kimi başlayıb, daha sonra fəaliyyətini “PWC” şirkətində baş vergi məsləhətçisi kimi davam etdirib.