• 7 Dekabr 2024
logo
"Qarabağ" yatağı ilə bağlı yekun qərar nə vaxt veriləcək? - SOCAR-dan açıqlama

"Qarabağ" yatağı ilə bağlı yekun qərar nə vaxt veriləcək? - SOCAR-dan açıqlama

SOCAR "Qarabağ" yatağının işlənməsi üzrə texniki detallarla bağlı yekun qərarı tez bir zamanda qəbul etməyə çalışır.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bununla əlaqədar olaraq SOCAR və "Equinor" mütəxəssislərinin iştirakı ilə işçi qrup yaradılıb, fasiləsiz birgə iş aparılır.

"Əşrəfi-Dan ulduzu-Aypara" yatağına gəldikdə, İ.Əhmədov bildirib ki, bu layihə üzrə seysmik kəşfiyyat işlərinin nəticələri baxılması üçü "Equinor" mütəxəssislərinə təqdim olunub:

"Bu nəticələr təsdiq olunandan və şirkət rəhbərliyinə təqdim olunandan sonra biz geniş ictimaiyyətə məlumat verəcəyik".

Qeyd edək ki, SOCAR və "Equinor" 2020-ci ilin martında Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə "Qarabağ" neft-qaz yatağının kəşf olunması faktını təsdiq edib.