• 8 Dekabr 2021
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,36% – 34 077,63 bəndədək, S&P 500 indeksi 0,53% – 4 163,26 bəndədək, Nasdaq indeksi isə 0,98% – 13 914,77 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 19-da FTSE 100 indeksi 0,28% – 7 000,08 bəndədək, Almaniyanın DAX indeksi 0,59% – 15 368,39 bəndədək enib, Fransanın CAC-40 indeksi isə 0,15% – 6 296,69 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalaraq 1 773,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,22% artaraq 1,2062 dollar təşkil edib.