• 8 Dekabr 2021
logo
IIGCC bankları qazıntı yanacaqlarına investisiyaları dayadırmağa çağırıb

IIGCC bankları qazıntı yanacaqlarına investisiyaları dayadırmağa çağırıb

İqlim Dəyişikliyi üzrə İnstitusional İnvestorlar Qrupu (IIGCC) qlobal bank sektorunu meşələrin qırılmasına və təbii ərazilərin səmərəsiz istifadəsinə gətirib çıxaran qazıntı yanacaqlarına investisiyaları dayandırmağa çağırıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasından bəri dünyanın ən iri 60 bankı sözügedən zərərli təsirlərə gətirib çıxaran və qazıntı yanacaqlarına 3,8 trln. ABŞ dolları məbləğində investisiya yatırıb.

IIGCC bank sektorunun 2050-ci ilədək tullantıların səviyyəsinin 0-a çatdırılması məqsədilə investorlar üçün yeni plan hazırlayıb. Bura "yaşıl" investisiyaların genişlənməsi və Paris Razılaşmasının məqsədlərinə uymayan layihələrdən imtina daxildir.

Hazırda qeyd olunan məqsədlərin banklar tərəfindən necə yerinə yetirilməsi üzrə qiymətləndirmə bazasının yaradılması üçün IIGCC "BNP Paribas", "Deutsche Bank", "Goldman Sachs" və "Credit Suisse" də daxil olmaqla 27 bankla əməkdaşlıq edir.