• 7 Dekabr 2024
logo
Azərbaycana "Aİ-95" benzininin idxalı yanvar-fevralda kəskin artıb

Azərbaycana "Aİ-95" benzininin idxalı yanvar-fevralda kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7,292 mln. ABŞ dolları dəyərində (12,397 mln. manat) 12 174,23 ton avtomobil benzini ("Aİ-95" və "Aİ-98") idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 68,3%, dəyəri isə 21,4% artıb. Hesabat dövründə təkcə "Aİ-95" ("Premium") markalı avtomobil benzinindən ölkəyə 7,104 mln. dollarlıq (12,077 manat) 11 934,35 ton idxal olunub ki, bu da illik müqayisədə həcm ifadəsində 78,3%, dəyər ifadəsində isə 28,4% çoxdur.

Cari ilin yanvar-fevral aylarında Azərbaycana "Aİ-95"in əsas ixracatçısı Rusiya olub (idxalın 89,2%-i). Ölkə Azərbaycana 6,291 mln. dollar dəyərində (10,694 mln. manat) 10 647,87 ton "Premium" benzin ixrac edib ki, bu da illik müqayisədə həcm ifadəsində 67,8%, dəyər ifadəsində isə 20,3% çoxdur.

"Aİ-98" ("Super") markalı benzinə gəldikdə, sözügedən benzini Azərbaycana yanvar-fevralda yalnız Rumıniya ixrac edib. Sözügedən məhsuldan ölkəyə 187,75 min dollar dəyərində (319,18 min manat) 239,88 ton gətirilib ki, bu da illik müqayisədə 2,2 dəfə və 2,5 dəfə azdır.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan "Aİ-92" markalı benzini ixracını və idxalını həyata keçirməyib.