• 3 Dekabr 2021
logo
Gürcüstanın builki avtomobil ixracının 28%-i Azərbaycanın payına düşüb

Gürcüstanın builki avtomobil ixracının 28%-i Azərbaycanın payına düşüb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 47 823,5 min ABŞ dolları dəyərində 7 193 minik avtomobili ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana avtomobil ixracının dəyəri illik ifadədə 34 566,9 min dollar və ya 42%, sayı isə 790 vahid və ya 9,9% azalıb. Belə ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 82 390,4 min dollar dəyərində 7 983 minik avtomobili ixrac edib.

Hesabat dövründə Gürcüstanın avtomobil ixracı illik ifadədə 12,9% azalaraq 168 529,6 min dollar təşkil edib. Azərbaycana minik avtomobili ixracı qonşu ölkənin bu məhsul üzrə ümumi ixracının 28,3%-ni təşkil edib.

Səid Babazadə