Bu ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 365,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.
Dövlət Statistika komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 32,2% azalıb. Ümumi sərmayənin 1 761,8 mln. manatı və ya 74,5%-i məhsul istehsalı sahələrinin, 398,2 mln. manatı (16,8%-i) xidmət sahələrinin, 205,2 mln. manatı (8,7%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 26%-i dövlət, 74,%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 74,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 52,1%-ni təşkil edib.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 1 597,0 mln. manat, büdcə vəsaitləri 251 mln. manat, bank kreditləri 210,4 mln. manat, əhalinin şəxsi vəsaitləri 191,3 mln. manat, sair vəsaitlər 115,5 mln. manat təşkil edib.