• 6 Dekabr 2021
logo
Azərbaycan neft məhsullarının istehsalını 13% azaldıb

Azərbaycan neft məhsullarının istehsalını 13% azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 810,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 13% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarından sürtgü yağlarının istehsalı 2,3 dəfə, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 64,9%, neft koksunun istehsalı 9,3% artıb, dizel yanacağının istehsalı 1,7%, neft bitumunun istehsalı 17,8%, avtomobil benzininin istehsalı 28%, ağ neftin istehsalı 29,4%, yanacaq mazutunun istehsalı isə 67,8% azalıb.