• 7 Dekabr 2021
logo
Azərbaycanda ötən il satınalmalar üzrə dövlət vəsaitinə 8% qənaət olunub

Azərbaycanda ötən il satınalmalar üzrə dövlət vəsaitinə 8% qənaət olunub

Azərbaycanda 2020-ci ildə müsabiqə əsasında keçirilən satınalmalar zamanı ehtimal olunan qiymətlə müqayisədə 8,03% dövlət vəsaitinə qənaət olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bunu "Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi" mövzusunda onlayn görüşdə çıxış edərkən Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu, 2019-cu illə müqayisədə 12,8% çoxdur.

Bildirilib ki, həyata keçirilən 230 tenderdə və 1061 kotirovka sorğusunda aşkar olunan qanun pozuntuları səbəbindən nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.