• 28 Mart 2024
logo
Larinin manata qarşı məzənnəsi bu ilin ən aşağı həddinə enib

Larinin manata qarşı məzənnəsi bu ilin ən aşağı həddinə enib

Aprelin 15-də Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,8% azalaraq 0,4928 manat təşkil edib. Larinin məzənnəsinin son beş ilin minimumda qalması ilə yanaşı, həm də bu il manata qarşı ən aşağı səviyyəyə enib.

"APA-Economics"in hesablamalarına görə, larinin bundan aşağı dəyəri sonuncu dəfə 2015-ci ilin 18 dekabr tarixində qeydə alınmışdı – 0,4385 manat.

Qeyd edək ki, son 5 ildə larinin manata qarşı məzənnəsi ən yüksək həddə 2016-cı ilin avqustun 22-də çatmışdı – 0,7179 manat.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0357 manata, 1 türk lirəsi 0,2103 manata, yüksəlib, 1 Rusiya rublun məzənnəsi isə 0,0223 manata enib.

Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 2,0235 lariyə bərabərdir.