• 7 Dekabr 2021
logo
ABŞ-ın kommersiya neft ehtiyatları azalıb - RƏSMİ

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb - RƏSMİ

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 5 889 min barel azalaraq 492 424 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2 889 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.