• 1 Dekabr 2021
logo
Azərbaycan əhalisi martda içki və siqaretə 168 mln. manat xərcləyib

Azərbaycan əhalisi martda içki və siqaretə 168 mln. manat xərcləyib

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində içkilər və tütün məhsullarına 548,8 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,1% və ya 46 mln. manat artıb.

Cari ilin mart ayında satışların həcmi 167,9 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 8,8% və ya 16,3 mln. manat azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,8%-i içkilər və tütün məhsulların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,3 faiz bəndi çoxdur.