• 12 Noyabr 2024
logo
Azərbaycanda pandemiyadan zərər çəkən sahibkarlara növbəti maliyyə dəstəyi göstərilib

Azərbaycanda pandemiyadan zərər çəkən sahibkarlara növbəti maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 185 856 muzdlu işçini əhatə edən 20 442 vergi ödəyicisinə 41 753,0 min manat həcmində maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 84 632 fərdi (mikro) sahibkara 30 198,4 min manat maliyyə dəstəyi göstərilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən vergi ödəyicilərinin bank hesablarına köçürülüb.